Tbilisidə etnik zəmində gərginlik
Hadisə ilə bağlı altı nəfər saxlanılıb, təqsirli şəxsləri doqquz ilədək həbs cəzası gözləyir
Gürcüstanın paytaxtı Tbilisidə mağazaların birində etnik azərbaycanlı gənc döyülüb. Hadisə zamanı ona qarşı “ölkənə get” kimi təhqiredici ifadələr səsləndirilib.
Məlumata görə, insident zamanı Marina Giorgobiani adlı qadın supermarketin iki əməkdaşını — 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M.-i təhqir edib. Daha sonra qadın tanışı, 1996-cı il təvəllüdlü J.Ç.-ni köməyə çağırıb.
J.Ç. bir neçə nəfərlə birlikdə mağazaya gələrək işçiləri zorla çölə çıxarıb və onları qrup halında döyüb.
Gürcüstan polisi hadisədə iştirak edən altı nəfərin şəxsiyyətini müəyyənləşdirib, digərlərinin tutulması istiqamətində istintaq tədbirləri davam etdirilir.
Saxlanılan şəxslərin doqquz ilədək azadlıqdan məhrum edilməsi cəzası ilə üzləşə biləcəkləri bildirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.