Tarixi hadisə Yaponiyada
Liberal Demokrat Partiyasının yeni lideri seçilən Takaiçi yaxın günlərdə baş nazir postuna gətiriləcək
Yaponiyada keçirilən səsvermənin nəticələrinə əsasən, hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi seçilib.
İkinci turda Takaiçi 341 səsdən 185-ni toplayaraq rəqibi, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumini (156 səs) geridə qoyub. O, həm LDP-nin parlament üzvlərinin, həm də 47 prefekturadan olan partiya nümayəndələrinin əksəriyyətinin dəstəyini qazanıb.
Beləliklə, yaxın günlərdə Siqeru İşibanın gözlənilən istefasından sonra Takaiçi Yaponiyanın ilk qadın baş naziri olacaq.
Qeyd edək ki, 64 yaşlı Sanae Takaiçi mərhum baş nazir Şinzo Abenin yaxın tərəfdarı olub. O, mühafizəkar baxışları və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə tanınır. Takaiçi ötən il keçirilən partiya seçkilərində də favoritlər arasında idi, lakin son anda İşibaya məğlub olmuşdu.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.