Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Taleh Yüzbəyov Mingəçevirdə gənclərin qonağı oldu

Tanınmış aktyor, ssenarist və rejissor Gənclərin İnkişaf və Karyera Mərkəzində uğur hekayəsi və təcrübələrini bölüşdü

“Bizdən sonra siz” layihəsi çərçivəsində sevilən aktyor, ssenarist və rejissor Taleh Yüzbəyov Mingəçevirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin qonağı olub. O, Heydər Əliyevin irsini əks etdirən eksponatlarla tanış olub. Ona gənc yazar Emil Xanlarovun 44 günlük Vətən müharibəsindən bəhs edən “Xalqın xidmətçisi – Dəmir Yumruq” kitabı  hədiyyə edilib.

200-dən çox gəncin iştirakı ilə keçirilən görüş zamanı uğur hekayəsi və təcrübələrini gənclərlə bölüşən Taleh Yüzbəyov özünü bu sahədə sınamaq istəyənlərə tövsiyələrini verib. Gənclərin suallarını səmimiyyətlə cavablandıran qonaq gələcək hədəfləri, tamaşaçıları gözləyən yeniliklər və bloger olaraq görmək istədiyi işlərdən danışıb.

Şərhlər bağlıdır.