Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Taksi sürücüləri üçün yeni imtahan mərhələsi

1680 namizəd bilik və davranış qaydaları üzrə qiymətləndiriləcək

143

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 3-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan təşkil edəcək.

Qurumdan verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov 50, TÜRKPA-nın yanı) və Gəncə şəhərindəki Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək.

İmtahan 1 saat davam edəcək. Namizədlər imtahanı bitirdikdən sonra nəticələrini dərhal ekranda görə biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytında da yerləşdiriləcək.

İmtahanda iştirak edənlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidməti vasitəsilə çap etməlidirlər. Onlar imtahana şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi ilə gəlməlidirlər. Hər iki sənədi təqdim etməyən şəxslər imtahana buraxılmayacaq.

Namizədlərə sürücülərin etik davranış qaydaları və sərnişindaşıma ilə bağlı normativ hüquqi aktlardan 20 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. 10 və daha çox bal toplayanlar imtahanı müvəffəqiyyətlə keçmiş sayılacaq və onlara 7 il müddətinə qüvvədə olan şəhadətnamə veriləcək.

İmtahana hazırlaşmaq istəyənlər “Yaddaş kitabçası” ilə tanış ola bilərlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.