QHT

“Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi” layihəsi uğurla başa çatıb

İki mərhələli təlimlər zamanı "Zoom", Bandicam platformaları ilə bağlı məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin “Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb.

Şəhərimizdə yerləşən ali və orta ixtisas təhsil müəssisələri, orta məktəblər və kurslarda fəaliyyət göstərən tədris işçiləri və gələcəkdə təhsil sahəsində fəaliyyət göstərmək istəyən gənclərin iştirak etdiyi iki mərhələli təlimlər zamanı “Zoom”, Bandicam platformaları ilə bağlı məlumat verilib, platformaların istifadə qaydaları, hər iki platformanı digər oxşar platformalardan fərqləndirən xüsusiyyətlər, ödənişli və ödənişsiz hesablar arasındakı fərqli məqamlardan danışılıb. Təlimçi Elşən Əliyev tərəfindən keçirilən vebinarlar zamanı iştirakçılara sosial şəbəkələrdə, xüsusilə YouTube-da videoların yerləşdirilməsi, video dərslərə daha çox izləyici cəlb olunması məsələlərinə toxunulub, onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, iştirakçılara online tədrisin təşkilində və video dərslərin hazırlanmasında köməklik göstərilməsi, iştirakçıların online platformalardan istifadə qaydaları haqqında məlumatlılıq səviyyəsinin artırılması, sosial şəbəkələrdə canlı dərslərin təşkili və record proqramları haqqında maarifləndirilməsi layihənin əsas məqsədidir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close