Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tələbələr üçün nəqliyyatda yeni güzəşt gözlənilir

Nazir müavini “TələbəPlus” kartı ilə ictimai nəqliyyatda 10 faiz endirimin tətbiq oluna biləcəyini açıqlayıb

92

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tələbələr üçün nəzərdə tutulan yeni güzəşt mexanizmi ilə bağlı açıqlama verib.

O bildirib ki, hazırda 160 minə yaxın tələbə “TələbəPlus” kartından aktiv şəkildə istifadə edir. Gələcək mərhələdə isə bu kart vasitəsilə yalnız müəllimlər deyil, tələbələr də ictimai nəqliyyatda 10 faiz endirimdən yararlana biləcəklər.

Nazir müavininin sözlərinə görə, məsələ ilə bağlı rəsmi məlumatın yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.