2023-cü ilin yanvarın 31-də Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi Mingəçevir şəhər Heydər Əliyeyev Mərkəzinə ekskursiya edib.
Ekskursiya universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə təsdiq edilmiş “Heydər Əliyev ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində keçiriləcək tədbilər planı”na əsasən təşkil olunub.
Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Daha sonra, tələbə və magistrantlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Qeyd edək ki, gənclərin Vətənə, xalqa və dövlətə layiqli müətəxəssis kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi müəyyən edən MDU-da Ümummilli lider Heydər Əliyevin irsinin araşdırılması və təbliği diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.