Tələbə kreditlərinin əhatə dairəsi genişləndirilir
Gələn ildən peşə təhsili alan tələbələr də bu imkandan yararlana biləcək
Növbəti ildən etibarən peşə təhsili müəssisələrində təhsil alan tələbələrə də tələbə kreditlərinin verilməsi planlaşdırılır. Bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov fondun dörd illik fəaliyyətinə dair hesabatın təqdimatı zamanı məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan layihə artıq hazırlanıb və yaxın dövrdə aidiyyəti qurumlara təqdim ediləcək.
Sədr bildirib ki, indiyədək ayrılan kreditlərin 35 faizi sosial cəhətdən həssas əhali qruplarını əhatə edib. Bu mexanizmin məqsədi təhsil imkanlarının daha əlçatan olmasını təmin etməkdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.