Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təkər dəyişərkən maşının altında qalan kişi dünyasını dəyişdi

Qaldırıcının sürüşməsi 37 yaşlı kişinin həyatına son qoydu

32

Şəmkirdə dəhşətli bədbəxt hadisə baş verib.

Məlumata görə, İsa Qasımov yaşadığı evin həyətində atasına məxsus avtomobilin ön sol təkərini dəyişmək istəyərkən faciəvi şəkildə həlak olub. O, avtomobilin altında işlədiyi zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində başı avtomobilin altında qalıb.

Hadisə yerinə çağırılan yaxınları onun həyatını xilas edə bilməyiblər.

İsa Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.