Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsildə keyfiyyətə yeni baxış

Təhsildə Keyfiyyət və İnnovasiya Forumu – 2026” fevralın 13-də keçiriləcək

67

2026-cı ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət və İnnovasiya Forumu – 2026” baş tutacaq. Forum ali təhsildə keyfiyyətin artırılması və innovativ yanaşmaların təşviqi məqsədi daşıyır.

Tədbir çərçivəsində keçiriləcək panel müzakirələrində ali təhsildə keyfiyyət təminatı, innovativ tədris modelləri, beynəlxalq akkreditasiya təcrübələri və qlobal standartlara uyğunlaşma kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Keyfiyyətli təhsil və innovativ gələcəyin formalaşmasında maraqlı olan bütün tərəflər bu mühüm dialoqa qoşulmağa dəvət olunur.

Forumda iştirak üçün qeydiyyat tkforum.az/qeydiyyat linki vasitəsilə aparılır.

Mingəçevir Dövlət Universiteti keyfiyyətli təhsil yolunda sizinlə birlikdə böyüyür və yüksəlir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.