Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsil sahəsində aktual məsələ

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri məsələni açıqladı

18

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Təhsil TV-də yayımlanan “Təhsildəyik” verilişində distant, yəni məsafədən təhsil alan tələbələrin diplomlarının tanınmamasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, məsafədən təhsil üzrə kvalifikasiyanın tanınması hələ formalaşmamış mexanizmə malikdir. “Təhsil haqqında” Qanunda distant təhsilin diplomlarının tanınması nəzərdə tutulsa da, onun həyata keçirilməsi mexanizmi hələ hazırlanmayıb.

Tural Əhmədov bildirib ki, Azərbaycanda hazırda yalnız əyani və qiyabi təhsil forması üzrə kvalifikasiyanın tanınması mümkündür. Son dövrlərdə vətəndaşlarımız bəzi ölkələrdə “açıq öyrətim” adı altında məsafədən təhsil alırlar və bu kvalifikasiyalar adətən tanınmır.

Sədr həmçinin vurğulayıb ki, texnoloji inkişaf kontekstində müxtəlif ali təhsil müəssisələrinin məsafədən təhsil verdiyi müşahidə olunur və bu yeniliklər təqdir olunmalıdır. Lakin ənənəvi təhsilə münasibətdə xaricdə əldə olunan distant kvalifikasiyaların keyfiyyəti hələ kifayət qədər qənaətbəxş səviyyədə olmadığı üçün diplomların tanınması da bu səbəbdən məhdudlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.