Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhlükəsizlik xəbərdarlığı

ABŞ vətəndaşlarına Türkiyənin cənub-şərqini tərk etmək çağırışı edilib, Adanadakı konsulluqda əməkdaşların təxliyəsinə başlanılıb

71

ABŞ vətəndaşlarına Türkiyənin cənub-şərqini tərk etməyi tövsiyə edib və bəzi əməkdaşlarını Adanadakı konsulluqdan çıxarmağa başlayıb.

Bu barədə ABŞ-nin Ankaradakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Adana şəhərində NATO bazası yaxınlığında yerləşən konsulluğunda çalışan vacib olmayan əməkdaşların binanı tərk etməsini tövsiyə edib. Eyni zamanda ABŞ vətəndaşlarına Türkiyənin cənub-şərq bölgələrini tərk etmək çağırışı olunub.

Qərarın təhlükəsizlik riskləri ilə əlaqədar qəbul edildiyi vurğulanıb.

Səfirlik qeyd edib ki, bölgədə olan Amerika vətəndaşlarına ölkənin cənub-şərqindən ayrılmaları tövsiyə olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.