Şuşanın bərpası və inkişafı
D-5 yaşayış massivində 8 ədəd çoxmənzilli binanın inşası və abadlıq işləri nəzərdə tutulur
Şuşa şəhərində yaşayış infrastrukturunun genişləndirilməsi məqsədilə növbəti tikinti mərhələsinin icrası nəzərdə tutulur. Layihəyə əsasən, şəhərin D-5 yaşayış massivində ikinci mərhələ çərçivəsində bir neçə çoxmənzilli yaşayış binasının inşa edilməsi planlaşdırılır.
Belə ki, bu mərhələdə 4 mərtəbəli olmaqla 9-dan 16-ya qədər nömrələnmiş səkkiz yaşayış binasının, eləcə də sakinlər üçün nəzərdə tutulan köməkçi və xidmətedici obyektlərin tikintisi həyata keçiriləcək. Layihə çərçivəsində ərazidə abadlıq və digər tamamlayıcı işlərin görülməsi də nəzərdə tutulur.
Məlumata görə, qeyd olunan işlərin icrası üçün 30 milyon manatdan artıq vəsait ayrılması planlaşdırılıb. Tikinti prosesinə və layihənin icrasına nəzarəti “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs həyata keçirəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.