Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Süni intellekt sosial ədalətin güclənməsində yeni mərhələ açır

“Texnologiyanın məqsədi insanın həyat keyfiyyətini artırmaq olmalıdır” – Türkiyəli nazir müavini

13

Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, düzgün tətbiq olunduqda insan həyatını asanlaşdıran, xidmətlərin keyfiyyətini artıran və sosial ədaləti gücləndirən strateji bir vasitəyə çevrilib.

Bunu Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.

Nazir müavini bildirib ki, texnologiyanın əsas məqsədi insanın rifahını artırmaqdır:

“Əgər texnologiya insanın həyat keyfiyyətini yüksəltmirsə, nə qədər güclü olsa belə, natamamdır.”

Adil Çalışkan vurğulayıb ki, Türkiyə “insanı mərkəzə alan sosial dövlət” anlayışını rəqəmsal transformasiya dövründə daha da gücləndirməyi hədəfləyir:

“Biz süni intellekti heç kəsi geridə qoymadan, dövrün ən müasir texnologiyalarından istifadə edərək sosial xidmətlərin səmərəliliyini artırmaq üçün tətbiq edirik.”

Onun sözlərinə görə, süni intellekt əsasən sosial xidmət mütəxəssislərinin qərarvermə proseslərini dəstəkləyən sistemlərin yaradılmasında mühüm rol oynayır. Bu sistemlər mürəkkəb məlumat bazalarını təhlil edərək riskləri erkən müəyyənləşdirməyə, resursları daha səmərəli idarə etməyə və xidmət keyfiyyətini yüksəltməyə imkan verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.