Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sülh prosesində beynəlxalq dəstək

Prezident İlham Əliyev Vaşinqton sammitindən sonra ABŞ Prezidenti Donald Trampın Azərbaycan–Ermənistan sülhünə verdiyi töhfəni yüksək qiymətləndirdi

84

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesinə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu fikirləri Zayed İnsan Qardaşlığı Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı səsləndirib. Prezident qeyd edib ki, Donald Trampın ev sahibliyi etdiyi Vaşinqton sammitindən ötən altı ay əməkdaşlıq, qarşılıqlı tərəfdaşlıq və möhkəm, davamlı sülhə doğru atılan mühüm addımlarla yadda qalıb.

İlham Əliyev vurğulayıb ki, bu müddət regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunması istiqamətində real irəliləyiş dövrü olub. O, çıxışında ABŞ Prezidentinin bu prosesə verdiyi töhfəni xüsusi qeyd edərək minnətdarlığını ifadə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.