Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sosial xərclər prioritet olaraq qalır

2026-cı ildə pensiya, müavinət və sosial müdafiə üçün büdcədən 17,1 milyard manat ayrılacaq

20

Maliyyə naziri Sahil Babayev parlamentin plenar iclasında bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin 41 faizi, cari xərclərin isə 68 faizi sosialyönlü xərclərə yönəldiləcək. Bu məbləğ 17,1 milyard manat təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur.

Nazir qeyd edib ki, ortamüddətli büdcə dövrü ilə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz artacaq. Sosial müdafiə üçün nəzərdə tutulmuş xərclər gələn il 4,9 milyard manat təşkil edəcək ki, bu da 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-cü ilə nisbətən isə 722 milyon manat çoxdur.

Sosial müavinətlər, pensiyalar və digər ödənişlər üçün isə 2,8 milyard manat ayrılacaq, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün isə 285 milyon manat proqnozlaşdırılır. Beləliklə, sosial xərclər gələn il də əsas prioritet olaraq qalacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.