Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə davranış qaydalarının sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklər müzakirə olunub. Hər iki layihənin məqsədi onlayn mühitdə mənəvi dəyərlərin qorunması və internetdə yayılan neqativ məzmunun qarşısının alınmasıdır.
Birinci layihədə xırda xuliqanlıq maddəsinə yeni əlavələr təklif edilir. İnternetdə ictimai əxlaqa uyğun olmayan davranışlar – qeyri-etik ifadələrdən, jarqon sözlərdən istifadə, mənəviyyata zidd jestlər və bədənin hissələrinin nalayiq şəkildə nümayişi inzibati məsuliyyətə səbəb olacaq. Bu hallara görə 500–1000 manat cərimə nəzərdə tutulur. Pozuntu ağır sayılarsa, 30 günədək inzibati həbs tətbiq edilə bilər.
Həmin əməl bir il ərzində təkrar edilərsə məsuliyyət daha da sərtləşir: cərimə 1000–2000 manat, zərurət olduqda isə 1–2 ayadək inzibati həbs mümkündür. Qeyd olunur ki, bu maddələr yalnız cinayət tərkibi olmadıqda tətbiq olunacaq.
İkinci layihə isə internet vasitəsilə fahişəliyə cəlbetmənin və bu fəaliyyətlə bağlı açıq çağırışların qarşısının alınmasına yönəlib. Bu kimi paylaşımlar da inzibati məsuliyyət yaradacaq və 500 manat cərimə ilə cəzalandırılacaq. Məqsəd sosial şəbəkələrdə fahişəliyin reklamı və təşviqinin qarşısını almaqdır.
Hər iki layihə internetin gündəlik həyatda artan rolunu nəzərə alaraq hazırlanıb. Dəyişikliklər təsdiqlənərsə, sosial şəbəkə istifadəçiləri onlayn davranışlarına daha diqqətli yanaşmalı olacaqlar. Xüsusilə təhqiramiz, qeyri-etik və ictimai dəyərlərə zidd məzmunun yayılması ciddi məsuliyyət doğuracaq.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.