Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sosial Müdafiə və FHN əməkdaşlığı

Əlilliyi olan şəxslər üçün fövqəladə hallara xəbərdarlıq tətbiqi hazırlanır

18

Əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq sistemi, SMS xidməti və məlumatlandırma tətbiqləri yaradılacaq. Modern.az xəbər verir ki, bu addım Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 2025-2030-cu illər üzrə imzalanmış Birgə Fəaliyyət Planında nəzərdə tutulub.

Plan çərçivəsində əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunacaq. FHN-in xilasedici və yanğınsöndürən personalının bu şəxslərə yardım bacarıqlarının artırılması üçün təlimlər keçiriləcək və “112” qaynar telefon xəttinə müraciətlərin qəbulu üçün müasir texnologiyalardan istifadə imkanları qiymətləndiriləcək.

Sənəddə həmçinin fövqəladə hallarda əlilliyi olan şəxslərin reabilitasiya və sosial xidmət müəssisələrində qeydiyyatı, təxliyəsi, müvəqqəti yerləşdirilməsi və məlumat mübadiləsinin təşkili kimi tədbirlər də nəzərdə tutulur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.