Şokaladların içində gizlədilən qızıl aşkarlanıb
Gömrük əməkdaşları qeyri-adi üsulla gizlədilən qızılın daşınmasına imkan verməyiblər
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qeyri-adi üsulla gizlədilən qızılın ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.
Bakı–İstanbul aviareysi ilə səfər edən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarətindən keçərkən şübhəli görüntülər qeydə alınıb. Aparılan yoxlama zamanı onun əl yükündəki 32 ədəd şokoladın içərisində gizlədilmiş, qırıntı formasında hopdurulmuş ümumilikdə 240 qram qızıl aşkar olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.