Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Vakant Vəzifə üzrə İşə Qəbul Müsabiqəsi

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət etmək üçün sənədlərin qəbulu və müsabiqə mərhələləri haqqında məlumat

42

Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.

Müsabiqə dörd mərhələdən ibarətdir:

  1. Qeydiyyat və təqdim edilmiş sənədlərin yoxlanılması

  2. Test imtahanı

  3. Müsahibə

  4. Vakant yerlərin seçimi

Bu vəzifəyə müraciət etmək istəyən şəxslər 13 fevral – 19 fevral 2026-cı il tarixləri arasında aşağıdakı sənədləri təqdim etməklə qeydiyyatdan keçə bilərlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti

  • Tərcümeyi-hal

  • Təhsil haqqında sənədin və əmək kitabçasının surəti

  • Hərbi biletin surəti (yazılı hissələri)

  • Qarabağ müharibəsində iştirak və sosial statusu (müharibə veteranı və ya müharibədə əlillik dərəcəsi almış şəxs) təsdiq edən sənədin surəti (mövcud olduqda)

Sənədlər iş günləri 10:00 – 17:00 saatları arasında yerli təhsil sektoruna və ya Şirvan-Salyan Regional Təhsil İdarəsində fəaliyyət göstərən komissiyaya təqdim olunmalıdır.

Namizədlər həmçinin təqdim olunan link vasitəsilə idarənin tabeliyindəki təhsil müəssisələrində mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər meydana gəldiyi halda siyahıya əlavə olunacaq.

İmtahan zamanı namizədlərə 20 ixtisas, 15 informatika, və 15 məntiqi təfəkkür sualları təqdim olunacaq.

Vəzifə üzrə ixtisas tələbləri ilə link vasitəsilə tanış olmaq mümkündür. İmtahanın dəqiq vaxtı isə idarənin sosial media hesabında elan olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.