SİMA İmza Yeni Funksiya Tətbiq Etdi: QR ilə Təhlükəsiz İmza Paylaşımı
Rəqəmsal imzanı başqasına ötürmək artıq daha sürətli, təhlükəsiz və nəzarətli şəkildə mümkün oldu
“SİMA İmza” rəqəmsal imzasına yeni QR paylaşım funksiyası əlavə olunub. Bu yenilik sayəsində imza sahibi imza səlahiyyətini tək istifadəlik olmaqla digər şəxslərə — mühasib, məsul əməkdaş və ya başqa nümayəndələrə — tam təhlükəsiz şəkildə yönləndirə bilir.
Yeni imkan sənəd dövriyyəsini sürətləndirir, vaxt itkisini minimuma endirir və proseslərin daha çevik idarə olunmasına şərait yaradır.
Funksiyanın necə işlədiyi: addım-addım
-
Elektron portalda imzalama əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi ilə skan edir.
-
QR oxunduqdan sonra sistem tərəfindən unikal imzalama linki yaradılır.
-
Link istənilən kommunikasiya vasitəsi ilə imza sahibinə göndərilir.
-
İmza sahibi linkə daxil olaraq öz SİMA İmza tətbiqinə yönləndirilir.
-
Təsdiq üçün 6 rəqəmli PİN, barmaq izi və ya Face ID istifadə edilir.
-
Sənəd imzalandıqdan sonra sistemdə uğurlu imza kimi qeyd olunur və proses tamamlanır.
Əlavə üstünlüklər
Yeni funksionallıq imza səlahiyyətini başqasına ötürmək istəyən şəxslərə prosesi tam nəzarət altında idarə etmək imkanı yaradır.
Müəssisə rəhbərləri artıq öz imza hüququnu digər əməkdaşa heç bir təhlükəsizlik məlumatı paylaşmadan ötürə bilirlər.
İmza sahibi istənilən an hansı sənədin imzalandığını və hansı sistemə giriş edildiyini şəxsən görərək təsdiq edir.
SİMA rəqəmsal imzanı pulsuz əldə etmək imkanı
Vergi ödəyiciləri hazırda SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə edə bilirlər.
Mobil tətbiqdə imza sertifikatı yaradılarkən 6AYPULSUZ promo kodu daxil etməklə xidmətə 6 ay ərzində abunə haqqı olmadan istifadə imkanı verilir.
SİMA haqqında
SİMA yeni nəsil rəqəmsal imza AzInTelecom (AZCON Holding) tərəfindən 2022-ci ildə yaradılıb.
İmzanı əldə etmək üçün xidmət mərkəzinə getməyə ehtiyac yoxdur — mobil tətbiqi yükləyib qeydiyyatdan keçmək kifayətdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.