Əsgərlər bayramlarında mingəçevirlilərlə birgə oldular
Silahlı Qüvvələrimizin yaranmasının 96-cı ildönümü münasibəti ilə Mingəçevir ictimayyətinin nümayəndələri “N” saylı hərbi hissənin qonağı olublar. Ordu günü ilə bağlı təşkil olunan təntənəli mərasim Dövlət Himnimizin səslənməsi və Müdafiə naziri Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubunun oxunması ilə başlanıb. Hərbiçiləri təbrik edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra milli ordunun formalaşdırlması istiqamətində mühüm addımlar atılıb və bu siyasət prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də uğurla davam etdirilir. Əsgər və zabitlərimizin peşəkarlıq səviyyəsinin artırılması, döyüş əzminin yuksəldilməsi, sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanıır. Milli ordumuz ən müasir silah-sursatla təmin edilir, hərbi hissələrimizdə nümunəvi şərait yaradılır.
Ordu quruculuğu sahəsində mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran digər natiqlər də hərbçiləri təbrik edərək, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inandıqlarını bildiriblər.
Sonra hərbi hissə rəhbərliyi tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlər mükafatlandırılıb. Rəsmi hissə başa çatdıqdan sonra Mingəçevir Mədəniyyət və Turizim şöbəsinin nəzdində fəaliyyət göstərən musiqi ansamblı konsert proqramı ilə çıxış edib. Bir-birini əvəz edən şən-şux mahnılar, vətənimizi tərənnüm edən poeziya nümunələri əsgərlərimizə xoş anlar yaşadıb. Uşaq Yaradıcılıq Mərkəzinin “Sevinc” rəqs qrupunun üzvləri də əsgərlərlə birgə rəqs ediblər.
Şərhlər bağlıdır.