Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Serbiya-Azərbaycan enerji əlaqələri

Belqrad bu il də Azərbaycan neftini azad bazar çərçivəsində alacaq

81

Serbiya bu il də Azərbaycan neftini azad bazar çərçivəsində alacağını açıqlayıb.

Bu barədə məlumatı Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç verib. O bildirib ki, keçmişdə Serbiya ildə təxminən 520 milyon avro dəyərində Azərbaycan nefti alırdı və 2026-cı ildə də bu göstəricini qorumağı planlaşdırır.

“Azad bazar şəraitində Azərbaycan neftinin alınması siyasətimizi davam etdirəcəyik”, – səfir qeyd edib.

Draqan Vladislavleviç həmçinin Serbiyanın “NIS” şirkətindəki mülkiyyət strukturuna toxunub. Onun sözlərinə görə, Rusiya payı Macarıstan və digər tərəfdaşlara satılacaq və bu dəyişiklik Serbiyanın enerji siyasətinə təsir etməyəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.