Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sentyabrın 30-na hava proqnozu

Sentyabrın 30-u ölkə üzrə hava əsasən yağmursuz olacaq, lakin bəzi bölgələrdə yağış və şimşək təhlükəsi mövcuddur.

14

Milli Hidrometeorologiya Xidməti sentyabrın 30-u üçün hava şəraitini açıqlayıb.

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə olacaq. Atmosfer təzyiqi 758–762 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət 70-80% təşkil edəcək.

Rayonlarda isə hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq bölgələrində, axşamdan isə əksər rayonlarda arabir yağış, şimşək çaxması gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olması, dolu düşmə ehtimalı və bəzi ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi mülayim əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlıq bölgələrdə gecə 3-8, gündüz isə 9-14 dərəcə isti olacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.