Sentyabr ayı üzrə pensiyalar tam ödənilib
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə ala bilərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu sentyabr ayına aid pensiya ödənişlərini yekunlaşdırıb.
Məlumatda bildirilir ki, 10 sentyabrda Bakı, Sumqayıt, Abşeron və Naxçıvan MR-də, bu gün isə ölkənin digər bölgələrində yaşayan vətəndaşların avqust ayına aid pensiyaları, həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.