Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sanatoriya yollayışlarında yeni elektron sistem

“e-ahik.az” vasitəsilə 32 min nəfərə yollayış təqdim olunub

19

Sanatoriya və istirahət mərkəzlərinə yollayışlarda şəffaflıq və əlçatanlıq artırılıb

Azərbaycanda sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflıq, operativlik və əlçatanlıq səviyyəsi yüksəlib. Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Elkiyar Ziyadov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə “e-ahik.az” – Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib. 2025-ci ilin yanvar ayının 1-dən iyulun 31-dək təxminən 32 min yollayış təqdim olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. “Hazırda təsdiqlənmiş 2025–2027-ci illər üzrə inkişaf strategiyamızın icrası davam edir. Strategiya 7 prioritet istiqamət, 12 fəaliyyət sahəsi və 36 tədbirdən ibarətdir”, – deyə Ziyadov vurğulayıb.

Eyni zamanda, “AHİK Plus” proqramı çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlərin tətbiqi planlaşdırılır.

Qurum rəsmisi əlavə edib ki, hər kəsin eyni ildə yollayışla təmin olunması mümkün olmasa da, prosesin daha əlçatan olması üçün çalışırlar:
“Elektron sistem istifadəyə verildikdən sonra vətəndaşlardan çoxlu müraciətlər daxil olub. Bəzi hallarda müraciətçilər məlumatları natamam doldururlar, amma biz buna görə dərhal imtina vermirik, həmin müraciətlər araşdırılır”.

O, həmçinin bildirib ki, vətəndaşlar istədikləri sanatoriya və istirahət məkanını seçərkən vaxt məhdudiyyətlərini nəzərə almalıdırlar: “Ən yaxın müraciət tarixi 14 gün, ən uzağı isə 90 gün sonradır. Tövsiyə edirik ki, istəyinizin reallaşması üçün 90 günədək müraciət hüququndan yararlanasınız. Növbəlilik prinsipinə əsasən bütün müraciətlər təsdiqlənir”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.