Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sanatoriya-Kurort Qaydalarında Vacib Dəyişikliklər

Şəhid ailələri, müharibə iştirakçıları və digər imtiyazlı şəxslər artıq yollayışları yeni qaydalarla və elektron növbə sistemi vasitəsilə əldə edəcəklər

21

Şəhid ailələri, müharibə iştirakçıları, Çernobıl qəzasından zərər çəkənlər və digər imtiyazlı kateqoriyaların sanatoriya-kurort müalicəsi ilə bağlı qaydalara yenilik edilib.

Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli qərarına edilən dəyişiklik Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənib. Yeni qərara əsasən, bu kateqoriyadan olan şəxslər ildə bir dəfə olmaqla sanatoriya-kurort yollayışları ilə təmin olunacaqlar.

İşləyən şəxslər üçün putyovkalar işəgötürənlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə təqdim ediləcək. İşləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları və “DOST” mərkəzləri vasitəsilə növbəlilik əsasında yollayış ala biləcəklər. Müalicə yalnız ölkə daxilində və tibb müəssisələrinin göndərişi əsasında həyata keçiriləcək, gediş-gəliş xərcləri də qarşılanacaq.

Sanatoriya-kurort yollayışı almaq üçün ərizə və sanatoriya kartası təqdim edildikdən sonra vətəndaş 1 iş günü ərzində MEİS-in “Sanatoriya-kurort” altsistemində növbəyə götürülür. Şəxsə və ya uşaqları müşayiət edən valideynə 2 iş günü ərzində məlumat göndərilir. Eyni zamanda, bütün məlumatlar həmin şəxsin “e-social” portalındakı şəxsi kabinetində əks olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.