Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sakinlər üçün yeni iş imkanı

Namizədlər şəxsiyyət vəsiqəsi və CV ilə iştirak edə biləcəklər

13

Bakı Regional Məşğulluq Filialının təşkilatçılığı ilə oktyabrın 28-də paytaxtda növbəti əmək yarmarkası keçiriləcək.
Tədbir Xətai rayonu, Xocalı prospekti 64 ünvanında, “ibis Baku City” otelində saat 11:00-dan 13:00-dək davam edəcək.

Yarmarkada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidir.
Məşğulluq imkanlarından daha səmərəli faydalanmaq üçün namizədlərin CV nümunəsi ilə gəlmələri tövsiyə olunur.

Tədbirdə müxtəlif şirkətlər tərəfindən təqdim ediləcək vakansiyalar, iş şərtləri və əmək haqqı barədə ətraflı məlumat iştirakçılara yerindəcə veriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.