MDUQarabağ

Şahin Bayramov: “Bütün bunlar sənin zəfərindir, ey Azərbaycan əsgəri!”

Mingəçevir Dövlət Universiteti, Gənclər və İdman İdarəsi, eləcə də Gənclər evi Mingəçevir “Asan xidmət”mərkəzinin “Əsgərə məktub” layihəsinə qoşulublar

Onların böyük həvəslə yazıb, əsgərlərə ünvanladıqları məktublarda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs edilib.  Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bildirib ki, ”Asan xidmət”in “Əsgərə məktub“ layihəsinə qoşulmaq hər bir Azərbaycan vətəndaşı kimi ona da qismət olub və bundan qürur duyur:Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgəri işğal altındakı ərazilərimizi mənfur ermənilərdən azad etməklə müstəqil Azərbaycanın şanlı tarixini yazır. 30 ilə yaxın  müddətdə həsrətində olduğumuz qələbəni hər birimiz məhz Azərbaycan əsgərinin sayəsində dadırıq.  Bu məktubu yazarkən cənab Prezidentimizdən növbəti şad xəbəri, yəni Zəngilan şəhəri və rayonun 6 kəndinin, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad edilməsini eşitdim. Elə məktubda da bu təəssürratlarımdan da söz açdım. Bildirdim ki, bütün bunlar sənin zəfərindir, ey Azərbaycan əsgəri! Biz inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız düşmənlərdən tamamilə azad olunacaq”.

Layihəyə qoşulan digər şəxslər də Silahlı Qüvvələrimizin qürur mənbəyi olduğunu söyləyiblər.  Onlar vurğulayıblar ki, bu gün Azərbaycan əsgərinin ən böyük ehtiyac duyduğu mənəvi dəstəyi vətəndaşlarımız ünvanladıqları məktublarla çatdırırlar.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close