Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şagirdlər üçün qış tətilinin tarixləri açıqlanıb

Orta məktəblərdə 27–31 yanvar tarixlərində 5 gün dərs olmayacaq, ikinci yarımil 2 fevraldan başlayacaq

364

Orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün 5 günlük qış tətili elan olunub. Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, qış tətili ənənəvi olaraq yanvar ayının sonuna təsadüf edir.

2025–2026-cı tədris ilində qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək. Tətilin bitməsindən sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevraldan etibarən başlayacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.