Gərginlik faciəyə çevrildi
Maştağa qəsəbəsində mübahisə zamanı bir nəfər bıçaqlanaraq ölüb, hadisə ilə bağlı araşdırma aparılır
Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2009-cu il təvəllüdlü Y.Q., yaşadığı evin həyətində yaranan mübahisə zamanı həmyerlisi, 1980-ci il təvəllüdlü Emil Əliyevin qol və kürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb.
Hadisədən dərhal sonra Y.Q. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.