Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabirabadda yeniyetməyə qarşı zor tətbiq edən şəxs həbs edildi

15 yaşlı Murad Əliyevə sillə və təpiklə zərbə endirən 47 yaşlı Sahib Kələntərov 7 ay müddətinə azadlıqdan məhrum olunub

45

Sabirabadda yeniyetməyə qarşı zor tətbiq edən şəxs həbs edildi

Lent.az-a istinadən xəbər veririk ki, hadisə Sabirabad şəhərinin M. Mirağaoğlu küçəsində baş verib.

İttiham aktına görə, 47 yaşlı Sahib Kələntərov küçədə dayanan zaman 15 yaşlı Murad Əliyev qarşıda gedən qızlara söz atıb. Bu hadisə səbəbindən hirsli olan Sahib əvvəlcə Muradın üzərinə sillə vurub, sonra isə təpiklə qasıq nahiyəsinə zərbə endirib. Zərərçəkən yaranan ağrılara görə xəstəxanaya aparılıb.

Hadisədən sonra Sahib Kələntərov saxlanılıb və barəsində cinayət işi açılıb. O, ifadəsində zərərçəkənin evinə gedərək ondan üzr istədiyini bildirib. Lakin Murad Əliyev təqsirləndirilən şəxsi bağışlamadığını və barışmadığını deyərək, məhkəmədən onun azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin qərarı ilə Sahib Kələntərov 7 ay müddətinə həbs olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.