Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabirabadda 240 gənc erkən evlilik və şübhəli nikahlara “YOX!” dedi

Layihənin əsas ideyası evlilik yaşına çatan gənc xanımların ailə və cəmiyyət basqısına qarşı daha möhkəm olmasına zəmin yaratmaqdır

Azərbaycanda boşanma hallarının sayı çoxalıb. Bu  hal hər qurulan 10 ailədən ikisinin başına gəlir. Bu gün ölkə məhkəmələrində ən çox baxılan işlər sırasında birinci yerdə məhz boşanmalar dayanır. Statistika göstərir ki, son illərdə nikaha girənlərin 20 faizi boşanır. Boşanmaların əksəriyyəti isə tələsib ailə quranlar və tanımadan evlilik xatirinə bu addımları atanlardır.

Gəncləri maarifləndirmək üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Sabirabad rayonunda “Erkən evlilik və şübhəli nikahlara qarşı gənclərin maarifləndirilməsi” layihəsi həyata keçirilib. Layihənin əsas ideyası evlilik yaşına çatan gənc xanımların ailə və cəmiyyət basqısına qarşı daha möhkəm olmasına zəmin yaratmaqdır. Təbii ki, nəticələr layihədən sonra özünü göstərəcək. Məqsəd parlaq gələcəyimiz olan gənclərin sağlam düşüncə ilə böyüməsi, özlərindən sonrakı nəslə sağlam düşüncə aşılamasıdır.

Layihə ərzində 4 təlim aparılıb və o, 240 gənci əhatə edib. 1-ci və 2-ci təlimlərdakı Sosial-İqtisadi Kollecində, 3-cü təlim  Nəriman Nərimanov adına 2 saylı “Təbiət və Texniki fənlər” üzrə tam təmayüllü məktəb-lisey kompleksində, sonuncu- 4-cü təlim isə Mirzə Ələkbər Sabir adına 1 saylı orta məktəbdə gerçəkləşib.

Şərhlər bağlıdır.