Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabahın hava proqnozu açıqlandı

Bakıda əsasən yağmursuz hava gözlənilir, bölgələrdə isə gündüzdən etibarən bəzi yerlərdə yağıntı və dağlıq ərazilərdə qar ehtimalı var.

33

Fevralın 26-da paytaxt və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli çiskin ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 75-85% təşkil edəcək.

Regionlarda da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüzdən etibarən bəzi yerlərdə arabir yağıntı olacağı ehtimal edilir. Axşam saatlarında ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, dağlıq rayonlarda isə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə oluna bilər. Şərq küləyi gündüz saatlarında arabir güclənəcək.

Temperatur gecə 3-7° isti, gündüz 7-12° isti, dağlıq ərazilərdə isə gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.