Sabah sosial ödənişlər tam başa çatacaq
Dövlət Sosial Müdafiə Fondu fevralın 26-da müavinət, təqaüd və sosial yardımların ödənişini yekunlaşdıracaq.
Sabah sosial ödənişlərin tamamlanması planlaşdırılır.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd olunub ki, fevralın 26-da fond tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş prosesinin yekunlaşdırılması nəzərdə tutulur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.