Sabah hava necə olacaq?
Gecə 6-9°, gündüz 10-13° isti; bəzi yerlərdə zəif yağış və duman ehtimalı var, dağlarda qar gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif yağış yağma ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9, gündüz 10-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85%, gündüz 70-75% olacaq.
Ölkənin digər rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır, lakin bəzi şərq rayonlarında arabir yağıntı, dağlıq ərazilərdə isə qar gözlənilir. Bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək. Gecə temperaturu 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.