Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar veriləcək
Güzəştli pensiya alanlar da qrafik üzrə ödənişlərini alacaqlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb ki, sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.
Bildirilib ki, güzəştli əsaslarla pensiya alan şəxslərin ödənişləri də əvvəlki qaydada – müəyyən olunmuş qrafik üzrə aparılacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.