Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəxsi məlumatların qorunması və gizli çəkilişlərin hüquqi tərəfi

Azərbaycan qanunvericiliyi gizli səsyazma və video görüntülərin məhkəmədə istifadəsini yalnız müəyyən hallarda mümkün sayır

72

Hər bir insanın şəxsi və ailə həyatının toxunulmazlığı hüququ var. Ancaq son illərdə təkcə Azərbaycanda deyil, dünya miqyasında internet və digər kanallar vasitəsilə yayılan gizli səsyazmaları, video görüntülər və ifşa xarakterli məlumatlar ciddi ictimai rezonans doğurur. Hətta bəzi hallarda obyektlərdə gizli kameralar və dinləmə qurğuları quraşdırılaraq insanlar haqqında məlumatlar toplanır və bu məlumatlarla şantaj edilir. Təəssüf ki, belə hallar cəmiyyətdə qarşılıqlı etimadı sarsıdır.

Bu zaman əsas sual yaranır: gizli şəkildə əldə edilən səs və ya görüntülər məhkəmədə sübut kimi istifadə oluna bilərmi? Azərbaycan qanunvericiliyi bu məsələyə necə yanaşır?

Qanunvericiliyə görə, hər hansı şəxsin başqa birinin razılığı olmadan onun görüntüsünü çəkməsi və ya səsini yazması qanunsuz sayılır. Belə hallarda əldə olunan materiallar gələcəkdə həmin şəxsə qarşı məhkəmədə sübut kimi təqdim edilə bilməz.

Yalnız bir istisna mövcuddur: əgər görüntü və ya səs yazısı qarşı tərəfin açıq razılığı ilə qeydə alınıbsa, bu halda həmin materialın sübut kimi təqdim edilməsi mümkündür.

Digər tərəfdən, gizli çəkiliş zamanı cinayət hadisəsi baş veribsə, bu materiallardan qeydi aparan şəxsin xeyrinə deyil, yalnız aidiyyəti dövlət qurumları tərəfindən cinayətin araşdırılması və faktların üzə çıxarılması məqsədilə istifadə oluna bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.