Səudiyyə Ərəbistanı Ordusu hava hücumlarını əngəllədi
Əl-Xarcda PUA zərərsizləşdirilib, Əz-Zülf şəhərində isə pilotsuz təyyarənin düşməsi yalnız maddi ziyana səbəb olub
Səudiyyə Ərəbistanının hərbi qüvvələri ölkənin hava sahəsində bir pilotsuz uçuş aparatını (PUA) neytrallaşdırıb. Bu barədə məlumatı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, hadisə Əl-Xarc əyalətinin şərq hissəsində baş verib. Eyni zamanda, Ər-Riyad əyalətindəki Əz-Zülf şəhərində bir PUA yaşayış sahəsinə düşüb, nəticədə yalnız məhdud miqdarda maddi ziyan yaranıb, xəsarət alan olmayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.