Sərnişinlərin sağlamlığı üçün təcili eniş
Londondan Dehliyə uçan "Virgin Atlantic" təyyarəsi Bakıda məcburi eniş edərək tibbi yardım göstərilib
8 fevral tarixində “Virgin Atlantic” aviaşirkətinə məxsus Airbus A350 tipli təyyarə London–Dehli marşrutu üzrə uçuş zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə baş verdiyi üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, təyyarə saat 21:26-da uğurla eniş edib və sərnişinə dərhal tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ilə bağlı tibbi prosedurlar davam etdirilir. Aeroport beynəlxalq aviasiya standartlarına uyğun olaraq təhlükəsizlik və sərnişin sağlamlığını prioritet hesab edir və bütün əməliyyatları operativ şəkildə həyata keçirir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.