Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sərhəddə nə baş verir?

Türkiyə–İran gömrük-keçid məntəqələrində sərnişin hərəkəti müvəqqəti dayandırılıb, ticarət yüklərinin daşınması isə nəzarətli şəkildə davam edir.

57

Türkiyə ilə İran arasındakı sərhəd-keçid məntəqələrində sərnişinlərin hərəkəti qarşılıqlı razılaşma əsasında müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Onun sözlərinə görə, Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük-keçid məntəqələrində hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb.

Nazir bildirib ki, hər üç məntəqə üzrə İran tərəfi ilə ticarət yüklərinin daşınması nəzarət altında və fasiləsiz şəkildə davam edir. Sərnişin keçidləri isə qarşılıqlı qərar əsasında müvəqqəti dayandırılıb.

Bolat vurğulayıb ki, İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkəsinə qayıdışına icazə verir. Türkiyə də öz vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəyə girişinə şərait yaradır.

Nazirin sözlərinə görə, regionda son dövrlərdə baş verən hadisələr fonunda sərhəddəki vəziyyət hərtərəfli qiymətləndirilib və proseslər operativ şəkildə izlənilir.

Eyni zamanda, gömrük orqanları tərəfindən əlavə tədbirlər planı hazırlanıb, zəruri hallarda tətbiq olunmaq üçün fəaliyyət mexanizmləri yenilənib. Sərhəddə əlavə heyət cəlb edilib və nəzarət infrastrukturu gücləndirilib.

Türkiyə tərəfi bildirir ki, sərhəd-keçid məntəqələrində təhlükəsiz, nizamlı və fasiləsiz hərəkətin təmin olunması üçün bütün aidiyyəti qurumlarla koordinasiyalı iş davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.