Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sərhəd Xidmətindən uğurlu əməliyyat

Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində aparılan əməliyyat nəticəsində 6,8 kq marixuana və tiryək aşkarlanaraq götürülüb.

431

Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsi xidməti ərazidə İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını alıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana və 0.006 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.