Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sənaye parklarında yeni mərhələ

2026-cı ildə bir neçə iqtisadi zonada müəssisələr açılacaq, Mingəçevirdə 153 milyon manatlıq tekstil fabriki fəaliyyətə başlayacaq, 3000-ə yaxın yeni iş yeri yaradılacaq.

115

2026-cı ildə ölkənin bir neçə sənaye parkında yeni müəssisələrin açılışı və bir sıra layihələrin təməlqoyma mərasimləri planlaşdırılır.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov məlumat verib. Onun sözlərinə görə, gələn il Sumqayıt, Ağdam, Araz vadisi İqtisadi Zonası, Pirallahı və Hacıqabul sənaye parklarında yeni istehsal sahələri istifadəyə veriləcək, eyni zamanda bəzi layihələrin əsası qoyulacaq. Həyata keçiriləcək layihələr nəticəsində təxminən 3000 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sədr bildirib ki, Mingəçevirdə investisiya dəyəri 153 milyon manat olan tekstil müəssisəsinin də açılışı planlaşdırılır və bu layihə şəhərin sənaye potensialının genişlənməsinə töhfə verəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.