Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sənaye Məhəlləsində müasir texnologiyalar əsasında istehsal həyata keçirilir

3,3 milyon manatlıq layihə çərçivəsində yaradılan müəssisə ildə 8 min ton mahlıc və 10 min ton texniki çiyid istehsal edir

8

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində yerləşən “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub.

2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarından istifadə edilməklə mahlıctexniki çiyid istehsal olunur.

Layihənin ümumi dəyəri 3,3 milyon manatdır. Müəssisə illik 8 min ton mahlıc10 min ton texniki çiyid istehsal gücünə malikdir. Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək 2,6 milyon manatlıq məhsul satılıb, bunun 2,2 milyon manatı ixracın payına düşüb.

Xammal kimi əsasən Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu, həmin rayonlarda 300 nəfərin mövsümi məşğulluğunu, zavodda isə 80 daimi iş yerinin yaradılmasını təmin edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.