Yeniyetmələrin törətdiyi quldurluq hadisəsi ifşa edildi
Ev sahibini hədələyərək pul və açarları ələ keçirən 14 və 17 yaşlı gənclər polis tərəfindən saxlanıldı
Şəmkirdə ev sahibini hədələyərək pulunu və açarlarını zorla alan yeniyetmələr polis tərəfindən saxlanılıb. Hadisə noyabrın 18-də gecə saatlarında baş verib. İki naməlum şəxs yaşayış evinə daxil olaraq ev sahibini kəsici alətlə qorxudub və ona məxsus pul ilə açarları götürərək ərazidən uzaqlaşıb.
DİN-in mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslərin kimliyi müəyyən edilib. Saxlanılanların 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev olduğu bildirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi üzrə cinayət işi açılıb və istintaq davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.