Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəkidə bədbəxt hadisə: gənc kişi kanalda həyatını itirdi

Epilepsiya xəstəsi olduğu bildirilən 31 yaşlı sakin xəstəxanaya aparılarkən yolda vəfat edib

31

Şəki rayonunda ölüm hadisəsi qeydə alınıb. Hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib.

Məlumata görə, kənd sakini, 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisindən keçən su kanalına düşüb. O, dərhal xəstəxanaya çatdırılmaq üçün yola salınsa da, yolda dünyasını dəyişib.

Bildirilir ki, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.