Şəhidləri təhqir edən ərəblərlə bağlı qərar
Apellyasiya məhkəməsi Səudiyyə Ərəbistanı vətəndaşlarının cəzasını yenidən müəyyənləşdirib, deportasiya qərarını isə qüvvədə saxlayıb.
Şəhidlər xiyabanında təhqiredici davranışlarda ittiham olunan Səudiyyə Ərəbistanı vətəndaşları – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən iclasda yekun qərar elan edilib. Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü qismən dəyişdirilib və təqsirləndirilən şəxslərə təyin olunan 2 illik azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya endirilib. Onların cəzalarını başa vurduqdan sonra ölkədən məcburi qaydada çıxarılması barədə qərar isə qüvvədə saxlanılıb.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə görə, adıçəkilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməli idilər.
Hadisə ötən il avqustun 17-də sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ictimailəşib. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər avqustun 13-də turist qismində 5 günlük səfərlə Bakıya gəlib və Şəhidlər xiyabanında çəkdikləri videonu internetdə paylaşıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir üzərində təhqiredici hərəkətlər) ilə cinayət işi açılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.