Ağdaş rayonunda “Şəhidlər ən ali qürur mənbəyimizdir!” mövzusunda rəsm sərgisi və bilik yarışması keçirilib.
Ağdaş şəhər Heydər Əliyev parkında keçirilən tədbir Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunub və rayon rəsmilərinin və əhalisinin iştirakı ilə yaddaqalan olub.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Azərbaycanın zəngin mədəni, bədii, ədəbi irsindən söz açılıb. Ardınca rəssam Məlahət İsmayılın və rəssamlıq emalatxanasının müxtəlif yaşlı rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir rayon əhalisinin Viktorinada iştirakı və onlar üçün hazırlanmış hədiyyələr uğrunda mübarizələri ilə davam edib.
Qeyd edək ki, Viktorina Ağdaş Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ağdaş rayonu üzrə gənclər və idman sektorunun, GİKM-in Mərkəzi Aran Regional nümayəndəliyinin Ağdaş bölməsinin birgə təşkilatçılığı və “Nar” Mobile sponsorluğu ilə keçirilib.
Şərhlər bağlıdır.