Rza Pəhləvi İranın kritik mərhələdə olduğunu bildirib
Pəhləvi küçələrdən uzaq durmağı, tətilləri davam etdirməyi və gecə şüarları ilə birlik nümayiş etdirməyi tövsiyə edib.
İranın keçmiş şahının oğlu Rza Pəhləvi bildirib ki, ölkə müharibənin çox kritik bir mərhələsinə daxil olub. O, vətəndaşlara zəruri ehtiyaclarını mümkün qədər tez təmin etməyi və təhlükəsizlik məqsədilə küçələrdə olmamağı, evdə qalmağı tövsiyə edib.
Pəhləvi həmçinin insanları tətilləri davam etdirməyə, iş yerlərinə getməməyə və birlik nümayiş etdirmək üçün gecə şüarlarını davam etdirməyə çağırıb. “Bu, repressiv qüvvələrdən uzaq durmaq və xalqa qoşulmaq üçün son fürsətdir”, – o, hüquq-mühafizə orqanlarına ünvanladığı müraciətdə vurğulayıb.
Sonda Rza Pəhləvi İran xalqından onun çağırışlarına diqqətlə qulaq asmalarını xahiş edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.