Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rza Pəhləvi İran xalqına dəstək çağırışı edib

O, SEPAH-ın məhv edilməsini və rejimin terror şəbəkəsinin sıradan çıxarılmasını İran xalqının geniş dəstəklədiyini bildirib

32

“ABŞ və İsrailin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məhv edilməsi və rejimin terror şəbəkəsinin sıradan çıxarılması planı İran xalqı tərəfindən dəstəklənir”, – bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi bildirib.

O əlavə edib: “Rejimin insanları canlı sipər kimi istifadə etməsi böyük cinayətdir. İranın mülki təhlükəsizliyi və həyati infrastrukturu qorunmalıdır”.

Rza Pəhləvi həmçinin İran Silahlı Qüvvələrinə müraciət edib: “Silahlarınızı yerə qoyun və xalqla birləşin. Belə etsəniz, azad İranda sizə yer olacaq”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.